SON DƏQİQƏ
» » Amerikada fırıldaqçılıqla məşğul olmuş erməni azadlıqdan məhrum edilib

Amerikada fırıldaqçılıqla məşğul olmuş erməni azadlıqdan məhrum edilib

Tarix:

1-04-2017, 07:58

/ 4 174 dəfə oxundu.
Amerikada fırıldaqçılıqla məşğul olmuş erməni azadlıqdan məhrum edilib

Amerikada fırıldaqçılıqla məşğul olaraq özünün ölümü barəsində saxta sənəd düzəltdirmiş erməni 29 ay müddətinə azadlıqdan və 1 il sınaq müddətinə məhrum edilib.
 Bu haqda "Los Angeles Times» məlumat yayıb.
Xəbərdə bildirilir ki, Los Anceles Məhkəməsi fırıldaqçılıq edərək on il ərzində gizlənmiş barəsində Tiqran Savacyan barəsində hökm çıxarıb.
Erməni mühacir "Medical" tibbi sığorta proqramı ilə dələduzluqda ittiham olunub. O, dövləti milyonlarla dollar miqdarında aldadıb.
Savacyan Cənubi Kaliforniyada təhsilini bitirdikdən sonra Nyu-Yorkda klinika açıb. 2002-ci ildə o, Rusiyaya qaçdıqdan sonra prokurorlar Savacyanın və əlaltılarının işi üzrə araşdırmada ermənini əməkdaşlıq etməyə razı salıblar. Müstəntiqlərin fikrincə, o və digər həkimlər rus və erməni kriminal avtoritetlərlə əlaqədə olub.
2002-ci ildə müstəntiqlər ona iştirak etdiyi fırıldaqçılıq sxemi barəsində sübutlar verərək ermənini ya 10 il həbs cəzası, ya da gizli mikrofon taxıb əməkdaşlıq etməklə bağlı seçim qarşısında qoyublar. Savacyan əməkdaşlıq şərtinə razılaşıb. Amma bildirib ki, əvvəlcə Rusiyadakı xəstə anasına baş çəkməlidir. Yalnız oktyabrın sonunda haqda hakimiyyət orqanlarına bildirilib ki, Savacyan ağciyər iltihabından vəfat edib. ABŞ səfirliyi Rusiyaya onun ölümü haqqında şəhadətnamə göndərib. On il sonra Savacyana qarşı ittiham götürülüb, əmlakı kreditorlara verilib və ailəsi əvvəlki kimi yaşamaqda davam edib.
Lakin hakimiyyət orqanları onun Rusiyanın paytaxtı Moskvadakı meyitxanaya saxta ölüm şəhadətnaməsinə görə 200 dollar ödədiyini biləndə şoka düşüblər. Savacyan özünə saxta pasport almaqla bir neçə il kimliyini gizlətməyə müvəffəq olub. Lakin buna baxmayaraq bir neçə il sonra onun fırıldaqçılığının üstü açılıb. (
Report)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər