SON DƏQİQƏ

Qırğızıstanda yenə ara qarışır

Tarix:

25-03-2017, 21:13

/ 4 042 dəfə oxundu.
Qırğızıstanda yenə ara qarışır

Qırğızıstanın paytaxtı Bişkekdə  saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılarkən 68 etirazçı saxlanılıb. Bu barədə "RİA Novosti”yə  Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib.    
"Xuliqanlığa yol vermiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etmiş 68 nəfər saxlanılıb”, - deyə DİN rəhbərinin müavini bildirib. Onun sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.  
Bundan əvvəl  Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar  CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.(APA)

Gunaz.az

скачать dle 12.1

Şərhlər