SON DƏQİQƏ

Hindistanda silahlılar polisə atəş açıb

Tarix:

11-03-2017, 14:40

/ 3 844 dəfə oxundu.
Hindistanda silahlılar polisə atəş açıb

Hindistanın Çxattisqarx ştatında maoçu-silahlılar Mərkəzi rezerv polisinin (CRPF) patruluna hücum edib.
Ən azı 11 nəfər polis ölüb, ikisi isə yaralanıb.
"The Times of India" qəzetinin yazdığına görə, silahlılar Sukma dairəsində polislərə atəş açıb. Onlar polislərin silah və radioaparatlarını əldə edə bilib.
Hadisə yerinə əlavə qüvvələr göndərilib. "Mərkəz hökumətlə birbaşa əlaqə saxlayır. Sukmadakı hücuma görə, məsuliyyət daşıyanlar məhkəmə qarşısına çıxarılacaq", - qəzet daxili işlər naziri Racnatxa Sinqxin sözlərini sitat gətirib. (Report)
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ