Anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçiləri bir araya gələcək
Tarix:
10-03-2017, 11:17
/ 7 030 dəfə oxundu.
Terrorçu İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisinin iştirakı ilə Vaşinqtonda toplantı keçiriləcək. Bunu ABŞ-ın Prezident Administrasiyasının iki nümayəndəsi bildirib. İnformasiyaya əsasən, görüşün martın 22-23-də keçirilməsi nəzərdə tutulub. ABŞ prezidenti Donald Trampın administrasiyasının təşkil etdiyi toplantıya 68 dövlətin xarici işlər nazirləri ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq. Xəbərdə bildirilib ki, iclasa ABŞ-ın dövlət katibi Reks Tillerson başçılıq edəcək.