SON DƏQİQƏ
» » Kabildə hospitala hücum: 30-dan çox insan öldü

Kabildə hospitala hücum: 30-dan çox insan öldü

Tarix:

8-03-2017, 17:05

/ 3 110 dəfə oxundu.
Kabildə hospitala hücum: 30-dan çox insan öldü

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.  
Gunaz.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.  
Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.  
Hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ