SON DƏQİQƏ
» » Ərdoğandan Almaniyaya: İstəsəm dünyanı ayağa qaldıraram

Ərdoğandan Almaniyaya: İstəsəm dünyanı ayağa qaldıraram

Tarix:

6-03-2017, 01:02

/ 8 109 dəfə oxundu.
Ərdoğandan Almaniyaya: İstəsəm dünyanı ayağa qaldıraram

Mən istəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
"Mən nasizmin Almaniyada bitdiyini düşünürdüm. Amma hələ də davam edirmiş. İndi də baxırıq digər Avropa ölkəsinin də naziri türk nazirlərin AB-də çıxışının qadağan edilməsini təklif edir. Ay yazıq! Bunlar öz iradələri ilə hərəkət etmirlər. Bunlar elə düşünürdülər ki, Ərdoğan Almaniyaya gələcək. Mən istəsəm, sabah gələrəm. Qapıdan buraxmadığınız, yaxud çıxışıma icazə verilmədiyi təqdirdə dünyanı ayağa qaldıraram”.
Qeyd edək ki, Almaniyada türk nazirlərin çıxışı qadağan edildikdən sonra Avstriya Baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan edilməsini təklif edib.
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ