SON DƏQİQƏ
» » Ukrayna azərbaycanlı xərəklə məhkəməyə aparıldı

Ukrayna azərbaycanlı xərəklə məhkəməyə aparıldı

Tarix:

5-03-2017, 09:12

/ 1 217 dəfə oxundu.
Ukrayna azərbaycanlı xərəklə məhkəməyə aparıldı

Korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üçün xərəklə Kiyevin Şevçenski rayon məhkəməsinə aparılıb.  APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, saxlanılma zamanı infarkt keçirmiş R.Nəsirova məhkəmə binasında olduğu müddətdə iki dəfə təcili yardım briqadası  çağırılıb. 
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti martın 3-də R.Nəsirovu Dövlət Fiskal Xidmətinin  rəhbəri vəzifəsindən azad edib.     
Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.  
Qeyd edək ki, R. Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib. 
Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.
Gunaz.az 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ