SON DƏQİQƏ

60 gün sonra bu dövlət mövcud olmayacaq

Tarix:

2-03-2017, 15:18

/ 9 256 dəfə oxundu.
60 gün sonra bu dövlət mövcud olmayacaq

60 gündən sonra Ukrayna faktiki olaraq bir dövlət kimi mövcud olmayacaq.
Bunu separatçı Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenko "Rossiya 1” telekanalına müsahibəsində deyib.
"Hər gün əvvəllər Ukrayna adlanan bir dövlətin tabutuna bir mismar vurulur. Uzağı 60 gündən sonra bu dövlət mövcud olmayacaq”, - Zaxarçenko bildirib.
Separatçı lider bildirib ki, Ukrayna Donbassız yaşaya bilməz:
"Qeyd edim ki, biz 2014-cü ildən kömür sənayesi ilə bağlı dotasiya almırıq. Heç əvvəllər də almamışıq. Biz sizsiz də yaşayırıq. Amma təəssüf ki, siz bizsiz yaşaya bilmirsiniz. Donbassız Ukrayna heç nədir”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər