SON DƏQİQƏ

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

Tarix:

27-02-2017, 15:25

/ 7 938 dəfə oxundu.
ABŞ-ın vitse-prezidenti İranı hədələdi

Amerikanın vitse-prezidenti Mayk Pens "Respublikaçı Yəhudilər Koalisiyası”nın toplantısında çıxış edərək, İranın bölgə ölkələrinin daxili işlərinə qarışmasından, terrorçuluğa dəstəyindən və nüvə sahəsindəki fəaliyyətindən danışıb.
Pens İranı regionda terrorçuluğun əsas himayədarı adlandırıb.
O bildirib ki, rəsmi Tehran uzun illər Livanda, Suriyada, Qəzza zolağında və digər yerlərdə dəstəklədiyi terrorçu qruplaşmalara pul və silah göndərib: 
"Amerika hökuməti və onun yeni prezidenti Donald Tramp İranın nüvə silahına yiyələnməsinə heç vaxt icazə verməyəcək. Biz bunun qarşısında dayanacağıq. Bu isə bizim sizin və dünyanın qarşısında üzərimizə götürdüyümüz öhdəlikdir”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ