SON DƏQİQƏ
» » Mayk Pens : “ Amerika terrorla mübarizədə Türkiyənin yanındadır”

Mayk Pens : “ Amerika terrorla mübarizədə Türkiyənin yanındadır”

Tarix:

10-02-2017, 07:16

/ 4 244 dəfə oxundu.
Mayk Pens : “ Amerika terrorla mübarizədə Türkiyənin yanındadır”

ABŞ vitse-prezidenti Mayk Pens Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi telefon danışığı zamanı Türkiyə-ABŞ münasibətlərində "yeni gün”ün başlandığını qeyd edib.

 "RİA Novosti” Agentliyinin  verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin dəftərxanasının məlumatında bildirilir.  

"Tərəflər iki ölkə arasındakı münasibətləri, təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlıq  və müttəfiqlik əsasında terrorla mübarizəni müzakirə ediblər. Onlar, anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini qeyd edərək,  əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.  Pens Yıldırıma Türkiyə-ABŞ münasibətlərində "yeni gün”ün başlandığını bildirib”, - deyə məlumatda bildirilib.   

ABŞ vitse-prezidenti həmçinin, Rusiya təyyarələrinin Əl-Baba endirdikləri zərbə nəticəsində türk əsgərlərinin ölümü ilə bağlı baş nazirə başsağlığı verib və ABŞ-ın terrorla mübarizədə Türkiyənin yanında olacağını vurğulayıb.   

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ