SON DƏQİQƏ

Moskvada müxalifət aksiya keçirir

Tarix:

26-02-2017, 18:44

/ 4 585 dəfə oxundu.
Moskvada müxalifət aksiya keçirir

Rusiyanın paytaxtı Moskvada müxalifət Boris Nemtsovu anma aksiyası keçirir.

 Paytaxt polisi aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Təntənəli yürüş başlanmazdan əvvəl naməlum şəxs aksiya iştirakçılarının önündəki 1-ci cərgədə dayanmış müxalifət siyasətçisi Mixail Kasyanovun üzünə "zelyonka" töküb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan uzaqlaşdırılıb.

M.Kasyanov isə təntənəli yürüşün önündə hərəkətini davam etdirir, baxmayaraq ki, insidentdən sonra "zelyonka"nın ləkələri hələ də üzündə qalıb.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 27 fevral 2015-ci ildə Böyük Moskva çayı körpüsündə, bilavasitə Kremlin yaxınlığında öldürülmüşdü.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ