SON DƏQİQƏ

Böyük Britaniyada “Doris kabusu"

Tarix:

24-02-2017, 08:36

/ 4 626 dəfə oxundu.
Böyük Britaniyada “Doris kabusu"

Böyük Britaniyada tüğyan edən "Doris” qasırğası bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb.

Trend-in məlumatına görə, Londonun Hitrou hava limanında onlarla reys təxirə salınıb.

Şotlandiyada iri avtomagistrallardan biri qar altında qalıb. Burada sürücülər yolu təmizləmək məcburiyyətində qalıb.

Şimali İrlandiyada 8 minə yaxın ev işıqsız qalıb.

Hidrometeoroloqlar yaxın günlərdə Şotlandiya ərazisində 30 santimetrədək qarın yağacağını proqnozlaşdırırlar.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ