ermənistan Müdafiə Nazirliyinin binasına hücum edilib. A.Yepremyan soyadlı ermənistan vətəndaşı yerli vaxtla 00:20-də şəxsi avtomobili ilə nazirlik kompleksinin qapısını sındırıb və içəri daxil olub. Hadisə zamanı Yemremyan sərxoş olub. Binanın mühafizəçiləri avtomobilə 8 dəfə atəş açıblar. Hadisə zamanı həmin şəxs xəsarət almayıb. Faktla bağlı araşdırmalara başlanıb.