SON DƏQİQƏ
» » Fransada bu məktəblər bağlanacaq – Nazirdən açıqlama

Fransada bu məktəblər bağlanacaq – Nazirdən açıqlama

Tarix:

22-03-2024, 13:44

/ 2 167 dəfə oxundu.
Fransada bu məktəblər bağlanacaq – Nazirdən açıqlama

Fransada “böhran vəziyyətində olan” bəzi dövlət incəsənət məktəblərinin bağlanması təklif edilib.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu təkliflə Fransanın mədəniyyət naziri Raşida Dati Milli Assambleyeda çıxış edib.
 
“Biz bu siyasətə son qoymalıyıq, çünki nəticədə bu, fundamental problemi həll etmir. Bu, dövlət vəsaitlərinin çox səmərəsiz xərclənməsi deməkdir. Mənə eyni uğur imkanına və hamı üçün bərabər şəffaflığa malik yüksək səmərəli məktəblər lazımdır. Bu gün keyfiyyətli ab-hava təklif etməyə imkanları olmayan bəzi məktəbləri bağlamalı olacağıq”.
Fransada mədəniyyət və incəsənətə həsr olunmuş 99 dövlət ali təhsil müəssisəsi, o cümlədən 43 təsviri incəsənət məktəbi fəaliyyət göstərir. Mədəniyyət Nazirliyi ölkənin 10 təsviri incəsənət məktəbinə birbaşa rəhbərlik edir, digər 33 məktəb isə regional səviyyədə idarə olunur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ