SON DƏQİQƏ
» » İŞİD Mosul bazarını bombaladı: ölən və yaralananlar var

İŞİD Mosul bazarını bombaladı: ölən və yaralananlar var

Tarix:

16-02-2017, 00:50

/ 4 571 dəfə oxundu.
İŞİD Mosul bazarını bombaladı: ölən və yaralananlar var

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində bazarı raket atəşinə tutub.

 Bu barədə "Anadolu" agentliyi xəbər verib.

Terrorla Mübarizə Birliyinin rəsmisi, polkovnik Rakan əl-Öməri agentliyə bildirib ki, terrorçular tərəfindən şəhərin şərqindəki Nəbi Yunus bölgəsindəki bazara iki raket atılıb. Nəticədə 3 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

Öməri terror qruplaşmasının son günlər yaşayış məntəqələrinə hücumları artırdığını da qeyd edib. O, vurğulayıb ki, İŞİD təhlükəsizlik orqanlarının təhlükəsizlik məsələlərinin həlli ilə bağlı çatışmazlıqlarından istifadə edərək bu cür hücumlar təşkil edir, habelə işğaldan azad edilmiş bölgələrdə normal həyata mane olmağa çalışır.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər