SON DƏQİQƏ
» » Konqoda əsgərlər 100-ə yaxın insanı gülləbaran edib

Konqoda əsgərlər 100-ə yaxın insanı gülləbaran edib

Tarix:

14-02-2017, 22:53

/ 6 276 dəfə oxundu.
Konqoda əsgərlər 100-ə yaxın insanı gülləbaran edib

Son beş gündə Konqo Demokratik Respublikasında milli ordunun əsgərləri Kamvin Nsapu tayfasından olan, ən azı 100 nəfəri, o cümlədən 39 qadını qətlə yetiriblər.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirilən brifinqdə BMT ali komissarının İnsan Haqları üzrə İdarəsinin mətbuat katibi Liz Trossel məlumat verib.

Faciəvi hadisələr 9-13 fevral tarixləri aralığında ötən ilin avqustunda ölən yerli tayfa başçısı Kamvin Nsapu tərəfdarları ilə ordu arasında toqquşmalar zamanı baş verib. Tayfa həmin rəhbərin adını daşıyır.

Onun sözlərinə görə, əsgərlər maçete və nizə ilə silahlanmış üsyançı qruplara nizamsız şəkildə atəş açıblar.

Silahlı toqquşma Tşimbulu şəhəri və onun qəsəbələrində baş verib.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər