SON DƏQİQƏ

Bu ölkədə "Sevgililər günü" ləğv edildi

Tarix:

13-02-2017, 16:26

/ 4 143 dəfə oxundu.
Bu ölkədə "Sevgililər günü" ləğv edildi

İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin günü - Sevgililər Gününün qeyd olunmasını qadağan edib.
"RİA "Novosti" agentliyi xəbər verir ki, hökm bayramın qadağan olunmasını tələb edən və onun İslam ənənələri ilə heç bir əlaqəsinin olmamasını qeyd edən petisiyaya baxılması əsasında verilib.
Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən qeydetmə qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.
Xatırladaq ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər