SON DƏQİQƏ
» » Türkiyədə yaşamaq istəyənlərin NƏZƏRİNƏ

Türkiyədə yaşamaq istəyənlərin NƏZƏRİNƏ

Tarix:

21-10-2023, 08:00

/ 1 094 dəfə oxundu.
Türkiyədə yaşamaq istəyənlərin NƏZƏRİNƏ

Türkiyədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiyməti 200 min ABŞ dollarından az olmamalıdır.

Bu yeni qayda 2023-cü il oktyabrın 16-dan sonra daşınmaz əmlak almış qeyri-rezidentlərə şamil ediləcək.

Yeni qanuna əsasən, bu halda kadastr qiymətləndirməsi tələb olunmayacaq. Sənədi əldə etmək üçün yalnız “tapu” – mənzilin dəyərinin qeyd olunduğu daşınmaz əmlaka sahib olmanı təsdiq edən mülkiyyət sənədi nəzərə alınacaq.

Oktyabrın 16-dan əvvəl alınan daşınmaz əmlak sahibləri üçün isə əvvəlki qaydalar tətbiq olunacaq: kiçik şəhərlərdə daşınmaz əmlakın minimum dəyəri 50 min ABŞ dolları, meqapolislərdə isə 75 min ABŞ dollarıdır. Bu halda həm mülkiyyət, həm də qiymətləndirmə sənədi tələb olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ