Terrorçular Dəməşq əyalətində qaz kəmərini partladıblar. Bu barədə Elektrik Enerjisi Nazirliyindəki mənbəyə istinadən Suriyanın SANA agentliyi məlumat yayıb.
"Ən-Naseriyyə" elektrik stansiyasını təchiz edən qaz kəmərinin partlayışı Cerud rayonu ərazisində baş verib. Elektrik stansiyası sıradan çıxıb.