SON DƏQİQƏ
» » Donbasda ağır döyüşlərdə ölən və yaralananlar var

Donbasda ağır döyüşlərdə ölən və yaralananlar var

Tarix:

4-02-2017, 23:06

/ 2 072 dəfə oxundu.
Donbasda ağır döyüşlərdə ölən və yaralananlar var

Ötən sutka ərzində Donbasdakı atışmalar zamanı 3 ukraynalı hərbçi həlak olub, 8-i yaralanıb.
Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.
O bildirib ki, hərbçilərindən biri Troiçkimdə, digər 2-si isə Qaliçinovki rayonu yaxınlığında "Qrad" mərmisindən açılan atəş nəticəsində ölüb.
Motuzaynik bəzi hərbçilərin isə Svetlodarski, Pesok, Çermalka, Quntovo və Şirokino ərazilərində gedən döyüşlər zamanı ağır yaralandığını əlavə edib.
Qeyd edək ki, bir neçə gündür Donbas ərazisində Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında gərgin döyüşlər gedir.(axar.az)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ