SON DƏQİQƏ

Rumıniyada xalq ayağa qalxdı

Tarix:

2-02-2017, 10:47

/ 3 855 dəfə oxundu.
Rumıniyada xalq ayağa qalxdı

Rumıniyada 1989-cu il inqilabından sonra ən böyük etiraz aksiyaları baş verir.
Minlərlə məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiq olunmasından sonra 150 minə yaxın insan küçələrə axışıb.
Xalq bu qanun dəyişikliklərinin korrupsiyaya qarşı mübarizəni çətinləşdirəcəyini deyərək, hökuməti istefaya çağırır.
Jurnalist Lusian Mindruta bu tarixi anları belə ifadə edir:
"Bu, aldadıldığını başa düşən insanların kədərini göstərən inanılmaz bir hadisədir. Bu insanlar hökumət tərəfindən aldadılıb”.
Qeyd edək ki, yeni qanun layihəsində 5 ildən az həbs cəzası alan məhkumların və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərindən həbs olunan məmurların əfvi nəzərdə tutulub.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ