SON DƏQİQƏ
» » Ərdoğanı öldürtmək istəyən ölkə – ŞOK PLAN

Ərdoğanı öldürtmək istəyən ölkə – ŞOK PLAN

Tarix:

30-01-2017, 14:03

/ 5 923 dəfə oxundu.
Ərdoğanı öldürtmək istəyən ölkə – ŞOK PLAN

2016-cı il iyulun 15-də hərbi çevriliş cəhdi zamanı İstanbulun iki hava lımanını bağlayan qiyamçıların ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini vurmaq məqsədilə zenit-raket sistemi üçün sursat daşıdığı ortaya çıxıb.
Gunaz.az Publika.az-a  istinadən xəbər verir ki, bu haqda çevriliş cəhdi ilə bağlı istintaq sənədlərində deyilir.
Həmin gecə Ərdoğan ailəsi ilə birlikdə Marmarisdə hoteldə idi. Prezident hotelə hücumdan az əvvəl oradan çıxıb. Türkiyə prezidenti və ailəsinin olduğu TC-ATA təyyarəsi saat 04:00 radələrində sərnişin təyyarəsi kodu ilə qiyamçıların qırıcılarından gizlənərək Atatürk hava limanına enib. İstintaq sənədlərinə görə, 15 iyul gecəsi İstanbulda olan 2 hava limanına sursat dolu tanklar və zirehli texnika çıxarılıb.
Atatürk hava limanına 66-cı Mexaniki Piyada Briqadası, Sabiha Gökçen hava limanına isə 2-ci Zirehli Piyada Briqadasının tərkibindəki birliklər göndərilib. Hər iki qrupda da yüzlərlə HK33, G3, A2, A3 silahları, həmçinin tank, top və zenit-raket sistemləri üçün sursatlar var idi. Sabiha Gökçen limanına gedən qrupdakı Alper Kamaçı həmin gün ilk dəfə Almaniyadan xüsusi olaraq gətirilən top sursatının yükləndiyini deyib.
Saxlanılanların ifadələrinə görə, zenit-raket sistemləri prezidentin TC-ATA təyyarəsini vurmaq üçün hazır vəziyyətə gətirilmişdi.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ