SON DƏQİQƏ

Putinə toxnulmazlıq verİLdi

Tarix:

31-05-2023, 21:40

/ 3 293 dəfə oxundu.
Putinə toxnulmazlıq verİLdi

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) tərəfindən axtarışda olan Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı BRİKS sammitinin iştirakçılarına toxunulmazlıq verib.
AvroMedia.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyi CAR-dakı mənbələrə istinadla məlumat yayıb.
"Bu, iştirak səviyyəsindən asılı olmayaraq, Cənubi Afrikada təşkil olunan bütün beynəlxalq konfranslar və sammitlər üçün verdiyimiz standart zəmanətdir”, - məlumatda qeyd edilir.
Eyni zamanda, vurğulanır ki, BRİKS-in toplantıları üçün toxunulmazlığın verilməsi BCM-in hansısa konfrans iştirakçısına qarşı verdiyi orderi ləğv etmir.
BCM martın 17-də Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ