SON DƏQİQƏ
» » Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Tarix:

27-01-2017, 08:49

/ 3 774 dəfə oxundu.
Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Rusiyanın Beynəlxalq Mina Əleyhinə Mərkəzinin mütəxəssisləri ötən gün ərzində Şərqi Hələbdə bir sıra obyektləri partlayış təhlükəli əşyalardan təmizləyiblər.
Bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.
"Ötən sutka ərzində Rusiya istehkamçıları tərəfindən 55 yaşayış evi, 4 məscid və məktəb partlayış təhlükəli əşyalardan təmizlənib, 117 partlayış təhlükəli əşya, eləcə də 76 ədəd əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.
Ümumilikdə 72 hektar ərazi minadan təmizlənib. 15,5 km. uzunluğunda avtomobil yolu partlayış təhlükəli əşyalardan təmizlənib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ