SON DƏQİQƏ

Mosulu daha 250 min nəfər tərk edəcək

Tarix:

25-01-2017, 17:04

/ 6 988 dəfə oxundu.
Mosulu daha 250 min nəfər tərk edəcək

İraqın Mosul şəhərinin qərb hissəsinin İŞİD terror təşkilatından azad olunması əməliyyatına hazırlıqla əlaqədar daha 200-250 min insan öz evini tərk edə bilər.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, bunu İraqın miqrasiya işləri üzrə naziri Casim əl-Caf deyib.
Nazir qeyd edib ki, təxminən 150 min nəfər Mosulun şərq hissəni tərk edib: "Yaxın günlərdə şəhərin qərb məhəllələrinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlayacaq ki, bu da yeni qaçqın axınına gətirib çıxaracaq. Onların hamısı şəhərin şərqindəki qaçqın düşərgələrinə yerləşdiriləcək".
Bununla belə, əl-Caf əməliyyatın dəqiq tarixini açıqlamayıb.
Onun sözlərinə görə, İŞİD əleyhinə əməliyyatlarla əlaqədar olaraq, artıq 1,6 milyon İraq vətəndaşı öz evini tərk edib.
Xatırladaq ki, ötən il oktyabrın 17-dən Mosulun azad edilməsi əməliyyatı davam edir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ