SON DƏQİQƏ
» » Türkiyə və Suriya üçün 7 milyard avro TOPLANILDI

Türkiyə və Suriya üçün 7 milyard avro TOPLANILDI

Tarix:

20-03-2023, 21:50

/ 2 457 dəfə oxundu.
Türkiyə və Suriya üçün 7 milyard avro TOPLANILDI

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar.

GunAz.az bildirir ki, bu barədə Konfransın bağlanışında Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson deyib.

 

"Toplanan vəsaitlərin ümumi məbləği 7 milyard avro təşkil edib", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.trend

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ