SON DƏQİQƏ
» » Monrealda etirazçılar ABŞ bayrağını yandırıb

Monrealda etirazçılar ABŞ bayrağını yandırıb

Tarix:

21-01-2017, 07:22

/ 3 710 dəfə oxundu.
Monrealda etirazçılar ABŞ bayrağını yandırıb

Kanadanın Monreal şəhərində bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampa qarşı etiraz aksiyası keçirilib.
APA-nın CTV telekanalına istinadən verdiyi xəbərə görə, aksiyada 200-dək etirazçı iştirak edib.
Şəhərin mərkəzində yürüş keçirən nümayişçilər ABŞ baş konsulluğunun qarşısında əvvəl Trampın şəkilini, sonra isə ABŞ bayrağını yandırıblar.
Aksiya iştirakçıları Trampın bəyan etdiyi miqrasiya siyasəti, onun seçkiöncəsi verdiyi islamofob, ksenofob bəyanatlarını pisləyiblər.
Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib.
скачать dle 12.1

Şərhlər