SON DƏQİQƏ
» » İran bu terrorla Bakı və Ankaraya nə mesaj verdi?

İran bu terrorla Bakı və Ankaraya nə mesaj verdi?

Tarix:

30-01-2023, 16:53

/ 3 054 dəfə oxundu.
İran bu terrorla Bakı və Ankaraya nə mesaj verdi?

İranda ABŞ səfirliyinə hücumda, şahın devrilməsi zamanı yol verilən qanlı təxribatlarda və s. proseslərdə ölkənin xüsusi xidmət orqanlarının və digər qurumların nəzarətində olan qruplardan istifadə edilib. Yəni İran ümumi mənada terror təşkilatları ilə yox, birbaşa özü müxtəlif vasitələrlə ortalığı qarışdırmaqla məşğuldur. Buna görə, ABŞ İranı "yaramaz dövlət” (rogue state) adlandırır.

Bu sözləri İranın beynəlxalq səviyyədə törətdiyi təxribatlarda istifadə etdiyi qruplar haqqında açıqlaması zamanı Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Alim ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etdiyini və İranın törədilən terror aktı ilə Azərbaycana mesaj vermək istədiyini bildirib:

"İran ABŞ və İsrailə qarşı birinci və ikinci Körfəz müharibələrində sözügedən istiqamətdə fəaliyyət göstərdi. Məhz bu səbəbdən ABŞ SEPAH-ı terror təşkilatı elan etdi. Ona görə də SEPAH-a bağlı Qüds Qüvvələrinin komandanı Qasım Süleymani öldürüldü. Bəhs etdiyimiz vəziyyət İranın həm daxildə, həm də xaricdə SEPAH, eyni zamanda digər gizli ünsürlərlə qanlı aktları gerçəkləşdirdiyini göstərir. Digər bir maraqlı məqam enerji gəlirlərinin SEPAH-ın nəzarəti altında olmasıdır. ABŞ da həmin gəlirlərin toplandığı hesablara embarqo qoyub.

Ən son Azərbaycan səfirliyinə hücum edən terrorçu ilə İranın iki televiziya kanalı bir-birinin arxasınca reportaj hazırladı. Yəni belə bir şeyin olması normalda mümkün deyil. Buna görə də baş verənlər törədilən terror aktı ilə Azərbaycana mesaj verildiyini göstərir. Belə ki, 44 günlük müharibədə Azərbaycan qazandığı Zəfər ilə öz torpaqlarını işğaldan azad etdi, nəticə olaraq Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldi. İranın isə müharibə dövründə və sonra keçirdiyi hərbi təlimlər, Ermənistanla yaxınlaşması hamıya məlumdur. Fikrimcə, rəsmi Tehran son terror aktı ilə bölgədə və beynəlxalq səviyyədə güclü əməkdaşlıq formatı yaradan Bakıya, Bakının üzərindən isə Ankaraya mesaj verdi”.

Qeyd edək ki, Orxan Əsgərov İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi olub və 27 yanvarda törədilən terror aktı zamanı qəhrəmancasına şəhid olub. İran dövləti son iki gündür şəhidimizin nəşinin ölkəmizə gətirilməsinə mane olurdu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ