SON DƏQİQƏ

Tehranın polis rəisi işdən qovuldu

Tarix:

27-01-2023, 16:04

/ 3 029 dəfə oxundu.
Tehranın polis rəisi işdən qovuldu

İranın Baş Polis Komandanı Əhmədrza Radanın əmri ilə Sərdar Məhəmmədian Tehranın polis komandanı vəzifəsinə gətirilib.

Tehranın polis komandiri Hüseyn Rəhimi isə polis komandanlığının İqtisadi Təhlükəsizlik bölməsinin rəhbəri təyin edilib.

Tehran polisinə rəhbər təyin edilən Məhəmmədian Əlburz vilayətinin polis rəisi və Tehran Kəşfiyyat Polisinin keçmiş rəhbəri olub.

Qeyd edək ki, komandirin dəyişdirilməsi Azərbaycan səfirliyinə hücumdan dərhal sonra baş verdiyi üçün bunu H.Rəhiminin guya hadisəyə görə "cəzalandırılması” kimi təqdimetmə cəhdi uğursuzdur. Belə ki, H.Rəhimi vəzifədən azad edilməyib, sadəcə, yeri dəyişdirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ