SON DƏQİQƏ

Daha bir tarix yer üzündən silindi

Tarix:

20-01-2017, 13:46

/ 5 944 dəfə oxundu.
Daha bir tarix yer üzündən silindi

İŞİD terrorçuları Suriyanın Palmira şəhərində Roma İmperiyası dövrünə aid olan qədim teatr binasını dağıdıb.
Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Məlumatda deyilir ki, İŞİD terrorçuları qədim Roma teatrını toplarla atəşə tutaraq, darmadağın ediblər.
Xatırladaq ki, ötən gün Suriya ordusu Palmirada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyata Rusiya ordusu havadan dəstək verib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi, general-polkovnik Sergey Rudskoy isə İŞİD-in Palmiranı partladacağı barədə kəşfiyyat məlumatı əldə etdiyini bəyan edib: "Əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, İŞİD terrorçuları partlayıcı maddələrlə dolu avtomobillərlə Palmiraya doğru yola çıxıb. İŞİD bu partlayıcı maddələrlə palmirada mövcud olan antik tarixi və mədəni abidələri məhv etməyi planlaşdırır”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər