SON DƏQİQƏ
» » Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Tarix:

24-01-2023, 21:37

/ 2 231 dəfə oxundu.
Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçivəsində İraqın Zap bölgəsini böyük ölçüdə PKK terrorçulardan təmizləyib.

GunAz.az bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, "Pençe-Kilit" əməliyyatı ilə İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.

"Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. "Pençe-Kilit" əməliyyatı çərçivəsində 600-ə yaxın mağara, sığınacaq, terrorçuların istifadə etdiyi 2 mindən çox mina və partlayıcı məhv edilib. Terrorçulara aid 1174 silah və 533 min 275 sursat ələ keçirilib", - nazir vurğulayıb.APA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ