SON DƏQİQƏ

Barak Obama amerikalılara vida məktubu yazıb

Tarix:

20-01-2017, 03:11

/ 3 800 dəfə oxundu.
Barak Obama amerikalılara vida məktubu yazıb

Cümə günü postundan gedəcək ABŞ prezidenti Barak Obama amerikalılara vida məktubu yazıb.
Məktubun mətni Ağ Evin saytına yerləşdirilib.
Obama bildirib ki, ənənəyə görə, prezident Oval kabinetdə öz xələfinə xeyir-dua məktubu qoyur.
"Lakin 45-ci prezidentimiz üçün məktub qoymazdan əvvəl istəyirəm sonuncu dəfə 44-cü prezident kimi xidmət etmək şərəfinə layiq gördüyünüz üçün sizə təşəkkür edim", — deyə Obama məktubunda yazıb.
Onun sözlərinə görə, amerikalıların sayəsində o həm prezident, həm də bir insan kimi daha yaxşı olub.
"Amerika hansısa bir insanın layihəsi deyil. Bizim demokratiyada ən güclü söz "biz" kəlməsidir", — deyə Obama bildirib.
O, məktubunda üç məşhur ibarəni xatırladıb: "Biz xalqıq" (ABŞ Konstitusiyasının ilk sözləri), "Biz öhdəsindən gələcəyik" (Məşhur etiraz mahnısı və şüarı) və "Bəli, biz bacararıq" (2008-ci ildə Obamanın seçkiqabağı şüarı).
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ