SON DƏQİQƏ
» » Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

Tarix:

15-01-2017, 18:23

/ 4 878 dəfə oxundu.
Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

İŞİD-in malayziyalı komandiri Zaynuri Kamarudin Suriyanın Rakka şəhərində hava zərbələri nəticəsində ölüb.
Bunu Malayziya polisinin antiterror idarəsinin rəhbərinin birinci köməkçisi Ayub Xan Midin "Channel News Asia" telekanalına müsahibəsində deyib.
"Əldə olunan məlumatlara əsasən, yanvarın 13-də Suriyanın şimalında Rakka şəhərinə hökümət aviasiyası tərəfindən endirilən hava zərbələri nəticəsində İŞİD-in üzvü olan 3 malayziyalı məhv edilib. 50 yaşlı Zaynuri Kamarudin də onların arasında olub", - polis nümayəndəsi deyib.
Onun sözlərinə görə, Kamarudin, üzvləri İndoneziyadan, Malayziyadan və Filippindən olan İŞİD-in "Katibax Nusantara" dəstəsinin komandiri olub.
Gunaz.az
 



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ