SON DƏQİQƏ

Dünyanın ən güclü adamı: 408 kq - VİDEO

Tarix:

13-01-2017, 01:36

/ 7 148 dəfə oxundu.
Dünyanın ən güclü adamı: 408 kq - VİDEO

25 yaşlı pakistanlı Xan Baba 408 kiloqram ağırlığı ilə "dünyanın ən güclü adamı” olduğunu iddia edir.

 Qeyri-adi görünüşü ilə cizgi qəhrəmanı "Halk”a bənzədilən adamın ləqəbi də elə "Pakistanlı Halk”dır.

Tam adı Xizar Hayat Xan Baba olan Halk,182 santimetr boyu ilə də görənləri heyrətləndirir. Qeyri-adi görünüşə sahib olan gənc, gündə 36 ədəd yumurta, 3 kiloqram ət yeyərək 10 min kalori yığır.

Dünyanın ən güclü adamı olduğunu iddia edən Xan Baba, günlərin birində güləş və ağır atletika üzrə dünya çempionu olmaq istəyir. Ən böyük arzularından biri isə peşəkar güləşçilərin yarışdığı WWE-də iştirak edə bilməkdir.

Gənc, əlləri ilə iki avtomobili və bir traktoru təkbaşına çəkə bilir. Pakistanın Mardan şəhərində yaşayan Baba, uşaq yaşlarından idmanla məşğul olduğunu deyir. O, videolarını tez-tez internetdə paylaşır.(Publika.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər