SON DƏQİQƏ

Suriya müxalifəti şərtini açıqladı

Tarix:

13-01-2017, 00:45

/ 8 244 dəfə oxundu.
Suriya müxalifəti şərtini açıqladı

Suriya müxalifəti Astana görüşündə iştirak etmək üçün şərtlərini açıqlayıb.
Birinci şərt hərbi əməliyyatların tam dayandırılması, digər şərt isə danışıqlara yalnız Bəşər Əsədin rəqibi olan "mülayim” hərbi müxalifətin deyil, eyni zamanda siyasi hakimiyyət nümayəndələrinin də qatılmasından ibarətdir.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Astanada keçirilməsi gözlənilən görüşü müzakirə ediblər.
Həmin görüş yanvarın 23-nə planlaşdırılıb. Ancaq görüşün bir həftə təxirə salınmaqla fevralda keçirilməsi də ehtimal olunur.

Gunaz.az

скачать dle 12.1

Şərhlər