SON DƏQİQƏ
» » Türkiyə sərhəd qapılarında insanı üzdən tanıya bilən sistemlər quraşdırır

Türkiyə sərhəd qapılarında insanı üzdən tanıya bilən sistemlər quraşdırır

Tarix:

12-01-2017, 17:19

/ 5 698 dəfə oxundu.
Türkiyə sərhəd qapılarında insanı üzdən tanıya bilən sistemlər quraşdırır

Türkiyə hökuməti ölkə sərhədlərində yerləşən nəzarət-buraxılış məntəqələrində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün insanları üzdən tanıya bilən sistemlər quraşdırmağa başlayıb.

Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi bildirib.

"Yenilik beynəlxalq terrorizm və cinayətkarlığa qarşı mübarizəyə böyük töhfə verir. Əgər axtarışda olan insan nəqliyyat vasitələrinin sərnişinləri və ya sürücüləri ilə sərhədi keçməyə cəhd edərsə, yeni tanıma sistemi onun şəxsiyyətini müəyyən edəcək. Eyni zamanda, sərhədi keçən insanların fotoşəkilləri Baş Polis İdarəsi ilə müştərək məlumatlar bazasına daxil olunacaq. Bu isə gələcəkdə cinayətkarların məsuliyyətə cəlb olunması üçün əsas yaradacaq və qanunsuz miqrasiya, qaçaqmalçılıqla effektiv mübarizə aparmağa imkan verəcək”, - deyə nazir qeyd edib.

İnsanları üzdən tanıya bilən yeni sistem artıq ölkənin İran, İraq və Suriya ilə sərhədlərində yerləşən 11 nəzarət buraxılış məntəqəsində quraşdırılıb.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ