SON DƏQİQƏ
» » “E-Ink” ekranlı çanta istifadəçinin daxil etdiyi şəkilləri göstərəcək

“E-Ink” ekranlı çanta istifadəçinin daxil etdiyi şəkilləri göstərəcək

Tarix:

12-01-2017, 16:42

/ 6 139 dəfə oxundu.
“E-Ink” ekranlı çanta istifadəçinin daxil etdiyi şəkilləri göstərəcək

Başa çatan "CES 2017” istehlak elektronikası sərgisində maraqlı qurğulardan biri ABŞ şirkətinin nümayiş etdirdiyi qeyri-adi "POP-I” çantası olub. Adi çanta kimi görünən, rəng və formasına görə fərqlənməyən "POP-I” üst tərəfdə "E-Ink” ekranının yerləşməsi ilə seçilir. Displey istifadəçinin smartfondan fotoşəkil və ya sevimli şəkil kimi daxil etdiyi istənilən təsviri göstərir.
Çanta ekranına təsviri göndərmək üçün mobil əlavəni yükləyərək qovluqdan lazımi şəkli seçmək tələb olunur. Qurğuya qoşulma "Bluetooth" vasitəsilə həyata keçirilir. "POP-I”də quraşdırılan displeylər elastik və sınmazdır ki, bu da onları çantada istifadə üçün əlverişli həll edir.
İstifadəçilərə seçim üçün müxtəlif ekran ölçüsündə olmaqla iki versiyada tədarük ediləcək çantalar 10 düymlük və ya daha kompakt 4,7 düymlük variantda təklif olunur. Displey 30 günədək enerji toplamadan işləyə biləcək.
Dəri və kətan parçadan hazırlanacaq çantanın qiyməti 100-400 dollar arasında dəyişəcək. Tədarüklərə bu il başlamaq nəzərdə tutulur.
"E-Ink” adi çapın kağız üzərində imitasiyası üçün hazırlanan informasiya göstərmə texnologiyasıdır. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər