Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı?

Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı?

Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa bir müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi.Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı?
Bu gün azərbaycanı layiqincə təmsil edən bir çox diaspora təşkilatları ilə yanaşı, sadə azərbaycanlılar da var ki, onlar öz yaxşı əməlləri ilə millətimizin başını uca edə bilir.
Belə həmyerlilərimizdən biri də Ukrayna dövlətinin, Xarkov şəhərində yaşayan Ağamirzə Nuriyevdir. Müsahibim Ukrayna Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı?respublikasının Xarkov şəhərində, otuz ildən artıq yaşayan Nuriyev Ağamirzə Mirzəağa oğlu ilə iş başında görüşdük. Ağamirzə və onun kiçik qardaşı Şahin, Azərbaycan respublikasının dilbər güşələrindən biri olan, Lənkəran rayonundandırlar. Onların atası Mirzəağa Nuriyev, istər Lənkəranda istər də, Xarkov şəhərində din xadimi kimi yaxşı hörmətə və nüfuza malik olub. O dünyasını dəyişəndən sonra övladları onun tutduğu yolu davam etdirməyə başlayıblar. Hazırda Ağamirzə Nuriyev Xarkov şəhərində fəaliyyət göstərən "İmam Hüseyn " dini cəmiyyətin sədri və Xarkov şəhərindəki məscidin rəhbəridir. Kamil Ələsgərov isə, həmin məsciddə Qafqaz müsəlmanları idarəsindən göndərilmiş axund kimi fəaliyyət göstərir. Ağamirzə müəllimin dediyinə görə, məscidə namaz qılmaq üçün gələnlərin sayı günbəgün artır. Dini bayramlarda isə beş yüzə qədər insan bir yerdə bayram namazı da qılırlar. Ağamirzə və qardaşı Şahin dindar olmaqla yanaşı, Xarkov şəhərində xeyriyyəçi kimi daha çox tanınırlar. Ukraynada yaşayan azərbaycanlıların diaspor təşkilatlarına da həmişə maddi dəstək olan qardaşlar BUAK- nin Xarkov şəhərindəki nümayəndəliyi ilə sıx əməkdaşlıq edir, bir çox tədbirlərdə Azərbaycan naminə həmişə öndə getməyi özünə borc bilir. Onun yaxşı əməllərini, vətənpərvərliyini, din adamı olmasını nəzərə alan azərbaycanlılar, Xarkov şəhərində tikilən məscidi də, məhz buna görə ona həvalə ediblər. A. Nuriyev deyir ki, istər namaz vaxtlarının, istər də ki, dini mərasim və bayramların dəqiq tarix və vaxtlarını yazaraq, lövhədən asırıq:” bilirsinizmi, bizdə ayrıseçkilik yoxdur, təriqətindən asılı olmayaraq, hər bir insan gəlib burada Allaha dua edə bilər, çünki bura Allahın evidir. Bu məsciddən əlavə mən 150 kv.m sahəsi olan bir mənzil alaraq, yüksək səviyyədə təmir etdirib, öz müsəlman bacı-qardaşlarımızın namaz qılması üçün, "İbadət Evi” kimi onlara hədiyyə etmişəm. İnsanların hamısı məscidə gələ bilmədiyi üçün mən bu addımı atdım. Şəhərin digər tərəfində böyük bir binanın birinci mərtəbəsini alaraq, təmir etdirdim. Döşəməyə xalça döşətdirdim, dəst-nəmaz almaq üçün otaqlar və s. şərait yaratdım. Ümumiyyətlə orada namaz qılmaq və bəzi dini mərasimlər keçirmək üçün, yaxşı şərait yaratdım. Biz bu dünyada müvəqqətiyik, bizdən sonra gələn müsəlman bacı-qardaşlarımızın namaz qılmasına şərait yaratmağın özü də, bir savabdır.”
Diqqətimizi çəkən daha bir məqam isə Ağamirzə müəllimin yerli millətlə ailə qurması oldu. Viktoriya Nuriyeva nəinki ağamirzənin soyadını qəbul edib, həm də müsəlman dinini də qəbul edərək, əsil seyidə yaraşan həyat yoldaşı olub.
Ağamirzə müəllim xeyriyyəçilik işlərindən çox danışmaq istəmirdi, deyir ki, bu əlin verdiyindən, digər əlin belə, xəbəri olmamalıdır. Ancaq digər azərbaycanlıların vasitəsilə öyrəndik ki, hətta onun gördüyü xeyriyyəçilik yerli mətbuatda da dəfələrlə qeyd olunub. Əlimizə düşən bir qəzetdə böyük bir məqaləyə rast gəldik. Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı? Bu məqaləni oxuduqca istər-istəməz millətimizin belə qeyrətli oğulları ilə fəxr duyursan. Serqey anadangəlmə əlil olan bir uşaqdır. Onun əməliyyat və digər xərclərini qarşılayan Ağamirzə, yerli ictimaiyyətin və şəhərin rəhbərliyinin də diqqətini çəkib. Dəfələrlə diplom və medallarla təltif olunub. Kazakstvo təşkilatı yerli mətbuatda bu məqaləni oxuyandan sonra, A. Nuriyevi "Qızıl " medalla təltif edərək, ona qəhrəman adı da verib. Ağamirzə müəllim uzun müddət MAUP-da tərbiyəvi işlər üzrə direktor müavini də işləyib. Onun tələbələrə olan isti, tərbiyəvi münasibəti, apardığı təbliğat, universitet rəhbərliyinin də diqqətindən yayınmayıb. Onlar da A. Nuriyevi fəxri fərman və diplomlarla təltif edib. Ümumiyyətlə isə, Xarkov şəhərindəki uşaq evləri, şəhər təsərrüfat birlikləri, məktəb və s. təşkilatlardan xeyli diplom və fəxri fərmanlar alıb.
Azərbaycanlılardan öyrəndik ki, Ağamirzə müəllimə, Taciq millətindən olan, bir qız müraciət edir. Qız gözlərinin kor olduğunu lakin buna baxmayaraq, quran oxumaq istədiyini bildirərək, əllə toxunaraq oxunan kitab istədiyini bildirir. Heç kimin ağlına gəlməzdir ki, əllə oxunan "Qurani Kərim” kitabını Ağamirzə müəllim Azərbaycandan öz şəxsi vəsaiti ilə alıb, bu gözəl Taciq qızına hədiyyə edəcək. Əslində, burada söhbət maddiyyatdan getmir, həmin kitab həcmcə çox böyük olduğu üçün istər gömrük, istər də, təyyarədə müəyyən problemlər yarada bilərdi. Lakin bu çətinliklərdən qorxmayan A. Nuriyev əllə oxunan Quran kitabını, balaca qıza hədiyyə etməklə bir daha savab qazanmağı bacardı.
Xarkovda yaşayan azərbaycanlılar deyir ki, Ağamirzə müəllimin xeyriyyəçilik işlərini sadalamaqla bitmir. Belə ki, o dəfələrlə azərbaycandan gələn bir çox idmançılara maddi yardım edib, onların yarışlara qatılmasına şərait yaradıb.
Bəli, həqiqətən də belə həmyerlimiz olduğu üçün qürur duyursan. Bu qardaşlar öz əxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çox azərbaycanlıya nümunə olmaqla yanaşı, həm də yerli millətlərin gözündə Azərbaycan xalqının adını yüksəldir, başını uca edir.
Əlmaniz Ələkbərli.
Ukrayna Bürosu.
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü.

 

 

скачать dle 12.1
Geri qayıt