Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi

Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi
Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək. 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə bildirib ki, bu gecə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək. 
Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün "Formula 1" oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt