Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi
Tarix:
23-06-2017, 16:53
/ 5 874 dəfə oxundu.
Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə bildirib ki, bu gecə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.
Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün "Formula 1" oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.