SON DƏQİQƏ
» » Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

Tarix:

8-01-2017, 16:05

/ 4 820 dəfə oxundu.
Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.

APA-nın Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ