SON DƏQİQƏ
» » HAVA PROQNOZU: dumanlı və küləkli olacağı gözlənilir

HAVA PROQNOZU: dumanlı və küləkli olacağı gözlənilir

Tarix:

8-01-2017, 12:38

/ 3 479 dəfə oxundu.
HAVA PROQNOZU: dumanlı və küləkli olacağı gözlənilir

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman, səhər çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz  7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ