SON DƏQİQƏ
» » Daşıyıcılarına ən çox problem yaradan qan qrupu AÇIQLANDI

Daşıyıcılarına ən çox problem yaradan qan qrupu AÇIQLANDI

Tarix:

13-05-2022, 21:21

/ 1 334 dəfə oxundu.
Daşıyıcılarına ən çox problem yaradan qan qrupu AÇIQLANDI

Harvard Universitetinin alimlərinin uzunmüddətli araşdırması insanın qan qrupunun onun sağlamlığına təsirinin böyük olduğunu sübuta yetirib. Nəticələri təhlil edərək deyə bilərik ki, dörd qan qrupundan biri daşıyıcıları üçün digərlərindən daha təhlükəlidir.

GunAz.az daşıyıcısı üçün problem yaradan qan qrupu haqda materialı təqdim edir:

 

Birinci qan qrupu

Birinci qan qrupunun daşıyıcıları nadir hallarda xroniki xəstəliklərdən əziyyət çəkirlər, buna görə də ciddi sağlamlıq problemləri yaşamırlar. Gənc və yetkinlik dövründə mövsümi soyuqdəymə və qrip onların maksimumudur. Ancaq qocalıqda qan damarları və oynaqlarla bağlı problemlər ola bilər.

İkinci qan qrupu

İkinci qan qrupunun daşıyıcıları haqqında "öküz kimi sağlam” deyirlər. Adətən onlar bədənin və ruhun gücünü sonuna qədər saxlayırlar, baxmayaraq ki, uşaqlıqda tez-tez soyuqdəymələrin olması istisna edilmir. Həyatları boyu onlar yalnız dəri problemlərindən narahat olurlar.

Üçüncü qan qrupu

Üçüncü qan qrupunun daşıyıcılarında kifayət qədər sağlamlıq problemləri var. Uşaqlıqda onlar tez-tez qida allergiyası, aritmiya, təzyiq artımı və anemiyadanəziyyət çəkirlər. Ancaq bu qan qrupunun daşıyıcısı olan şəxs sağlam həyat tərzi sürərsə, yeniyetməlik dövründə əksər problemlərin öhdəsindən gələ bilər.

Dördüncü qan qrupu

Dördüncü qan qrupunun daşıyıcılarının bu siyahıda ən problemli olduqları ortaya çıxıb. Xərçəngə meyllilik, yaddaş və təfəkkürün zəifləməsi, hamilə qalmaqda və uşaq dünyaya gətirməkdə çətinlik bu qan qrupunun daşıyıcılarında daha tez rast gəlinə bilir. . Bundan əlavə, fərqli inkişaf riski çox yüksəkdir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ