SON DƏQİQƏ

Hava yenidən soyuyacaq- Bu tarixlərdə...

Tarix:

13-05-2022, 17:20

/ 2 322 dəfə oxundu.
Hava yenidən soyuyacaq- Bu tarixlərdə...

Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:

"Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.

Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ