SON DƏQİQƏ
» » Bədheybət görkəmdə doğulmuş 10 körpə - İNANILMAZ FOTOLAR

Bədheybət görkəmdə doğulmuş 10 körpə - İNANILMAZ FOTOLAR

Tarix:

2-01-2017, 06:56

/ 8 752 dəfə oxundu.
Bədheybət görkəmdə doğulmuş 10 körpə - İNANILMAZ FOTOLAR




 


 Bu yazıda dünyada qeyri-adi, qəribə, qorxunc görkəmdə dünyaya gəlmiş körpələr haqqında məlumat təqdim edəcəyik. Müəyyən pozğunluqlardan və ya anadangəlmə hansısa xəstəliklərlə  dünyaya gəlmiş bu körpələrdən bəziləri doğulan zaman həyatını itirsə də, çoxusu indi də həyatdadır. Eləsi sağlamlığına qovuşub, eləsi ilə dünyaya gəldiyi xəstəliklə birlikdə həyatını çətin də olsa davam etdirir.
1. Dünyanın ən balaca körpəsi
Image result for Amillia Taylor


Amillia Teylor 24 oktyabr 2006-cı ildə 21 həftə 6 günlük olanda dünyaya gəlib. O günə qədər hamiləliyin 23 həftəliyində doğulmuş heç bir körpə yaşamamışdı. Ancaq Amillia yaşam mücadiləsində qalib çıxdı. Körpənin anası "Amillia sağlam olduğu üçün çox xoşbəxtəm. Arıq olmasına baxmayaraq mənə toppuş gəlir" deyib.
2. Təpəgöz körpə
Related image











2006-cı ildə Hindistanda tək gözlü körpə doğulub. Həkimlər tərəfindən verilən açıqlamada uşaqda xromsom pozğunluğu olduğu və bu səbədən tək gözlə doğulduğu bildirilib. Təpəgöz olaraq doğulmuş uşağın düz alnının ortasında tək gözü olub. Bundan başqa uşağın həm də burnu olmayıb, həmçinin, tək beynli olub. Bu qədər qüsura rəğmən körpə möcüzə sayəsində doğulan kimi ölməyib. Körpə doğulandan bir gün sonra vəfat edib.  
3. 7.75 kiloqram ağırlığında doğulan körpə
Related image







Sibirli bir qadın 2007-ci ildə 12-ci uşağını dünyaya gətirib. Nadya adı verilmiş körpənin 7.75 kiloqram ağırlığında dünyaya gəlməsi ailəni çox təəccübləndirir. 43 yaşlı ana Tatyana Barabanovna uşağın belə böyük doğulmasını sağlam qidalanmamaqla əlaqələndirib: "Hamiləlik zamanı ərzaq almağa pulumuz yox idi, ancaq əriştə, kartof və pomidor yeyirdim". Ana bundan əvvəlki uşaqlarının da 5 kiloqram doğulduğunu deyib.
4. İkibaşlı əkiz körpə
Image result for Çinin Sichuan əyalətində iki başlı











Çinin Sichuan əyalətində xəstəxanaların birində tək bədənli, iki başlı əkiz körpələr dünyaya gəlib. 4 kq ağırlığında doğulan bu əkizlər elm dünyasında bir daha çaşqınlıq yaratdı. Əkizlərin iki onurğası, iki qida borusu vardı, digər orqanları isə bir dənə idi. Əlli mində bir rast gəlinən belə xəstələrin yaşamaq ümidi yüzdə 25 faizdir. 
5. Yatmayan körpə
Related image











3 yaşlı Rhett Lamb adlı bir uşaq həmyaşıdlarından xüsusi və qəribə bir özəlliyi ilə fərqlənir. Belə ki, Rhett Lamb doğulandan bəri heç vaxt yatmayıb. Bu uşaq doğulandan bəri, yəni 3 ildir bir dəfə belə gözünü qırpmayıb. Bu nadir xəstəliyin adı Chiari pozğunluğu adlanır. Beyinin hər iki formasının normadan uzun olduğuna görə 3 yaşlı uşaq yata bilmir.  
6. 3 qollu körpə
Image result for Liu Jungienin


2006-cı ildə Çində üç qollu olaraq dünyaya gələn Liu Jungienin üçüncü qolu eynən digər iki  qolu kimi inkişaf edib. Həkimlər bu vəziyyətə çox nadir halda rast gəlindiyini söyləyirlər. Üçüncü qolunda hərəkət olmayan uşağın qolu uzun müddətli fiziki müalicə olunarsa eynən o biri iki qolu kimi hərəkətli olacaqmış. 
7. Yekəbaş körpə
Image result for Dünyanın En ilginç Doğan 10 Bebeği


Dünya miqyasında olmasa da xüsusilə Hindistan kimi qohum evliliklərinin mövcud olduğu ölkələrdə  bu xəstəliyə daha çox rast gəlinir. Beyin suyunun başda toplanması səbəbindən (Hidrosefalia xəstəliyi) baş inanılmaz dərəcədə böyüyür. Roanna Begum adlı 18 aylıq körpənin bu xəstəliyi görənləri çox məyus edirdi. Ötən illərdə edilən iki cərrahi əməliyyatdan sonra Roanna sürətlə sağlamlığına qovuşmağa başlayıb. 
8. 34 barmaqlı körpə 
Image result for Akshat Saxena
















Əl və ayaq baraqlarında 24 əvəzinə 34 barmaq olan Hindistanlı körpə Akshat Saxenanın əlində 14, ayaqlarında 24 barmağı var. Körpə tarixdə indiyə qədər ən çox barmağa sahib olan insan kimi Ginnesin rekordlar kitabına düşüb. Mütəxəssislər bu halın genetik bir pozğunluqdan qaynaqlandığını idda edirlər. 
9. İki üzlü doğulan körpə
Image result for ikiüzlü körpə












Avstraliyanın Sidney şəhərində yaşayan Renne Young adlı ana bir bədəni paylaşan iki üzlü əkiz uşaq dünyaya gətirib. Bu doğuş tibb tarixinə düşüb. Faith və Hope adları verilən uşaqların eyni bədəni olsa da iki fərqli üzü və iki fərqli beyni var. Bu hala dünyada 35 dəfə rast gəlinib. Tibb aləmində bu xəstəlik diprosopus sindromu adlanır.
10. Qurbağaya oxşayan körpə
Image result for qurbağaya oxşayan uşaq











Bu qəribə və qorxunc görkəmli uşaq 2006-cı ildə Charikotda dünyaya gəlib. Boyunsuz körpənin başı bədəninin üst hissəsinə birləşib. Çox iri olan gözləri bəbəklərindən çıxacaqmış kimi görünür. Bu qorxunc genetik pozğunluğu ilə doğulan bu uşaq doğulduqdan 1.5 saat sonra vəfat edib. Uşağın xəbəri ölkədə sürətlə yayılıb və yüzlərcə insan bu qorxunc uşağı görmək üçün xəstəxanaya axın edib. 
 (Moderator.az Hazırladı: Zəhra)
Gunaz.az



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər