SON DƏQİQƏ
» » “Vaksinasiya nəticəsində qısa zamanda öz əvvəlki həyatımıza qayıda bilərik” - AÇIQLAMA

“Vaksinasiya nəticəsində qısa zamanda öz əvvəlki həyatımıza qayıda bilərik” - AÇIQLAMA

Tarix:

28-05-2021, 12:27

/ 3 758 dəfə oxundu.
“Vaksinasiya nəticəsində qısa zamanda öz əvvəlki həyatımıza qayıda bilərik” - AÇIQLAMA

Dünya koronavirus adlı bəladan hələ də yaxa qurtara bilməyib. Hətta bəzi ölkələrdə bu ölümcül virusun törətdiyi fəsadlar daha da çoxalıb. Elə bu səbəblərdən də dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir, açılım tədbirlərinə getmək mümkün olmayıb. Lakin Azərbaycanda bu istiqamətdə atılan uğurlu addımlar sayəsində müəyyən müsbət nəticələr əldə edilib. Müsbət nəticələrin əldə edilməsini şərtləndirən ən əsas amillərdən biri də ölkədə kifayət qədər vaksin ehtiyyatlarının toplanması və geniş seçim imkanlarının yaradılması ilə əlaqədardır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən vaksinlərin hər biri Azərbaycanda əlçatandır.

Mövzu ilə bağlı GunAz.az-a açıqlama verən həkim Rauf Qasımov bildirib ki, ölkədə səhiyyə sisteminin düzgün qurulması, karantin rejiminin və xidmətlərin vaxtında tətbiq edilməsi virusa yoluxmanın və ölüm sayının azalmasına səbəb olur. Eləcə də aktiv xəstələrin sayı da azalmaqdadır və əksər xəstəxanaların yükü yüngülləşib. Bəzi xəstəxanalar isə COVID-19 təyinatından çıxıb və öz əvvəlki rejiminə qayıdıb: "Hesab edirəm ki, Azərbaycanda karantin qaydalarının vaxtında və düzgün tətbiqinin, həmçinin səhiyyənin düzgün təşkil edilməsinin nəticəsidir ki, sadalanan müsbət amillərə nail olmuşuq. Kifayət qədər vaksin ehtiyyatımız var və vaksinasiya sürətlə davam etdirilir. Brifinqdən sonra vaksinasiya prosesinin daha da sürətlənəcəyinə inanıram”.

Rauf Qasımov əlavə edib ki, iqtisadi cəhətdən zəif ölkələrdə heç vaksinasiya prosesinə başlanılmayıb: "Amma Azərbaycanda 3 növ vaksin mövcuddur. ÜST tərəfindən təsdiqlənən vaksinlərin hamısı Azərbaycanda var və əlçatandır. Əhalinin lazım olan hissəsini rahatlıqla vaksinasiyaya cəlb etmək üçün hər cür şərait yaradılıb. Yoluxma aşağı düşdüyü üçün bir qədər yumşalmalara getmək olar. Lakin insanlar unutmamalıdırlar ki, qaydalara riayət etmək çox vacibdir. Belə ki, qapalı məkanlarda maskalardan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafənin gözlənilməsi çox önəmlidir. Əgər biz bu qaydalara əməl etsək, o zaman yoluxma artmayacaq. Əks halda isə bir neçə həftədən sonra təkrar acınacaqlı nəticələrlə üzləşə və qapanmalara gedə bilərik. Ona görə də insanlar tətbiq olunan qaydalara mütləq əməl etməlidirlər. Vaksinasiya nəticəsində qısa zamanda öz əvvəlki həyatımıza qayıda bilərik”.скачать dle 12.1

Şərhlər