SON DƏQİQƏ
» » Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzillər əldə edə biləcək - RƏSMİ

Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzillər əldə edə biləcək - RƏSMİ

Tarix:

27-05-2021, 14:52

/ 3 655 dəfə oxundu.
Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzillər əldə edə biləcək - RƏSMİ

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata əsasən, güzəştli ipoteka krediti almaq və müvafiq Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub.

 

Belə ki, gənc ailə (yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn) üzvü olan "Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri-arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.

Yeni kateqoriyaya aid şəxslər 27 may 2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət” portalında yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

скачать dle 12.1

Şərhlər