SON DƏQİQƏ

Nizami Xudiyev VƏFAT ETDİ

Tarix:

25-05-2021, 18:44

/ 4 735 dəfə oxundu.
Nizami Xudiyev VƏFAT ETDİ

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

GunAz.az xəbər verir ki, bu barədə "qafqazinfo”ya onun ailə üzvləri məlumat verib.

Bildirilir ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ