SON DƏQİQƏ

Azərbaycanda keçmiş deputat vəfat etdi-FOTO

Tarix:

1-11-2017, 16:47

/ 921 dəfə oxundu.
Azərbaycanda keçmiş deputat vəfat etdi-FOTO

Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev dünyasını dəyişib.

Gunaz.az xəbər verir ki, o, 61 yaşında vəfat edib. 

N.Quliyev yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirmiş. Bu gün qəfildən vəziyyəti pisləşib. Onu Gəncədə xəstəxanaya çatdırsalar da həkimlər həyatını xilas edə bilməyib. 

Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, 1995-2005-ci illərdə parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib. Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ