SON DƏQİQƏ
» » Gürcüstan quru sərhədlərini açır - Tarix AÇIQLANDI

Gürcüstan quru sərhədlərini açır - Tarix AÇIQLANDI

Tarix:

25-05-2021, 15:35

/ 3 757 dəfə oxundu.
Gürcüstan quru sərhədlərini açır - Tarix AÇIQLANDI

Gürcüstan 1 iyun tarixindən etibarən quru sərhədlərini açır.

GunAz.az xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının qərargahının rəhbəri Georgi Gibradze məlumat verib.

 

"İdarələrarası Koordinasiya Şurası 1 iyundan etibarən quru sərhədlərinin açılmasına qərar verdi”,- deyə o qeyd edib.

Gibradze əlavə edib ki, Gürcüstan sərhədini yalnız vaksin pasportu olan və ya ölkəyə girişdən əvvəl son 72 saat ərzində koronavirus test nəticəsi mənfi olan şəxslər keçə biləcək.

"Bu vəziyyətdə, PCR testi ilə Gürcüstana gələnlər növbəti 72 saat ərzində ikinci bir PCR testi etmək məcburiyyətində qalacaqlar”, – deyə G. Gibradze qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ